

Azərbaycan Kino tarixinə Səyahət
Təsvir
🎬 Azərbaycan Kino tarixinə Səyahət
Azərbaycan kinosunun ən yaddaqalan, ən baxımlı və ən təsirli filmləri bu dəfə fərqli formatda — Kinoman Arifin təqdimatında rus dilində tamaşaçılara təqdim olunacaq.
Gecə ərzində sevilən filmlər haqqında maraqlı faktlar, onların yaranma tarixçəsi və kino dünyamızdan unudulmaz hekayələr paylaşılacaq. Filmlərdən yaddaşlarda qalan möhtəşəm melodiyaları isə peşəkar pianoçu Zərif Kərimova canlı ifa edəcək. 🎹
Proqramın xüsusi hissəsi isə tamaşaçılarla sual-cavab olacaq. Kino, musiqi, maraqlı faktlar və nostalji anlarla dolu xüsusi bir axşam sizi gözləyir.
✨ Azərbaycan kinosuna başqa prizmadan baxmaq və sevilən melodiyaları canlı dinləmək üçün sizi Show Gallery-yə dəvət edirik!
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
