

Afşin Əlizadə Triosu – Notlar arasında
Təsvir
Afşin Əlizadə Trio – Notlar arasında
Müasir cazın azad ruhunu və canlı improvizasiyanın enerjisini bir araya gətirən Afşin Əlizadə Trio sizi müəllif musiqisinin səsləndiyi xüsusi bir axşama dəvət edir.
Konsert proqramında Afşin Əlizadənin orijinal caz bəstələri, müəllif aranjimanları və hər ifada yenidən doğulan improvizasiyalar yer alacaq. Trio üzvlərinin qarşılıqlı musiqi dialoqu hər əsərə fərqli nəfəs gətirərək tamaşaçılara unikal canlı təcrübə təqdim edəcək.
İfaçılar:
Afşin Əlizadə – piano
Nicat Paşazadə – bas gitara
Həsən Bilalov – zərb alətləri
Canlı cazın sərhədsiz ifadəsini notların arasında kəşf edin.
Qeyd: Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
