Klassik musiqi axşamı: Motsart, Ştraus, Bethoven. Şam işığında video instalyasiyalı konsert. Ars Caspia Ensemble

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

28 mart saat 18:30 və 20:30-da Bakıda ilk dəfə şam işığında video instalyasiyalarla heyrətamiz gözəlliyə malik tarixi Kamera və Orqan Musiqisi Zalında (Kirxa) Motsart, Ştraus və Bethovenin musiqi axşamı keçiriləcək.

Sizi dünya klassiklərinin ən gözəl və ən tanınmış əsərlərinin canlanacağı xüsusi bir axşama dəvət edirik. Yüzlərlə şamın yumşaq sayrışması, sehrli video instalyasiyalar, qədim kilsənin incə akustikası və alətlərin canlı səsləri əsl bayram və musiqi sehri atmosferi yaradacaq.

"Motsart, Ştraus və Bethoven axşamı" - 18-19-cu əsr dahilərinin ölməz əsərlərini Azərbaycanın ən yaxşı musiqiçilərinin ifasında dinləmək üçün bir fürsətdir. Motsartın parlaq və zərif musiqisi Bethovenin gücü və dramatizmi ilə qarşılaşacaq, Ştrausun valsları isə sizi Vyana balları dünyasına, həyatın rahatlığına və sevincinə çəkib aparacaq.

Konsertdən əvvəl qonaqlar sayrışan şam işığında tarixi kilsənin atmosferindən həzz ala, şəkil çəkdirə və sadəcə olaraq bir anlıq şəhər həyatının gur axınından ayrıla biləcəklər.

Bu axşam sizə klassik musiqinin canlı səslənməsi, canlı emosiyalar və incə estetik zövq bəxş edəcək.

⏰ Başlama vaxtı: 18:30 və 20:30

📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41

Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.

Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.

Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.

🎶Ansambl - Ars Caspia Ensemble

Ars Caspia Ensemble  - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.

Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:

Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.

Nərgiz Hüseynzadə (ikinci skripka) - Respublika və Beynəlxalq müsabiqələr laureatı. Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.

Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar  artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.

Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.

Rəvan Əhmədzadə (kortrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.

Ülviyyə Dadaşova (fortepiano) - respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın “Qızıl istedadlar kitabı”na yazılıb. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivalların solisti.

Bu -  yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.

🎟️ Yer sayı məhduddur.

Mart ayının ən gözəl musiqi axşamına biletləri əldə etməyə tələsin!

🎶Ars Caspia Conserts elanlarını izləyin, Bakının ən gözəl və cəlbedici yerlərində şam işığında video instalyasiyalarla möhtəşəm musiqi axşamlarını, multimediyalı konsertləri kəşf edin.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Klassik musiqi axşamı: Motsart, Ştraus, Bethoven. Şam işığında video instalyasiyalı konsert. Ars Caspia Ensemble Klassik musiqi axşamı: Motsart, Ştraus, Bethoven. Şam işığında video instalyasiyalı konsert. Ars Caspia Ensemble

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan