25 oktyabr tarixində Opera Studiyasının səhnəsində əfsanəvi Viktor Tsoy və "Kino" qrupunun yaradıcılığına həsr olunmuş möhtəşəm konsert baş tutacaq. Səhnədə Qazaxıstanın ən uğurlu tribute qruplarından biri – Pulse Kino çıxış edəcək.
Qrupun gənc solistinin Viktor Tsoya heyrətamiz xarici görünüşü və səs oxşarlığı tamaşaçıları xoş təəccübləndirəcək. "Zvezda po imeni Solntse", "Qruppa krovi", "Peremen!", "Kukuşka", "Videli noç", "Posledniy geroy" və digər sevilən hitlər canlı ifada səslənəcək.
Canlı musiqi, güclü emosiyalar və möhtəşəm işıq şousu ilə unudulmaz bir axşam sizi gözləyir!