Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Qədim Bakı” adlı bu musiqili-poetik gecə milli və caz musiqisinin incə çalarlarını poeziyanın dərin mənası ilə bir araya gətirən xüsusi sənət layihəsidir. Tədbirdə Azərbaycan milli musiqi aləti olan tarın kövrək və duyğulu sədaları fortepianonun zəngin harmoniyası ilə vəhdət təşkil edərək tamaşaçılara fərqli estetik zövq bəxş edəcək.
Gecə boyunca Azərbaycan və dünya ədəbiyyatının seçilmiş nümunələri bədii qiraət ustalığı ilə səsləndiriləcək, musiqi parçaları isə sözün emosional təsirini daha da gücləndirəcək. Proqramda xalq musiqisindən tutmuş dünya musiqisinə qədər müxtəlif janrlar təqdim olunacaq.
Bu layihənin məqsədi milli-mənəvi dəyərləri qorumaq, poeziya və musiqi sənətini bir platformada birləşdirərək tamaşaçılar üçün unudulmaz yaradıcılıq atmosferi yaratmaqdır.
Tədbir incəsənətsevərlər, ədəbiyyat və musiqi həvəskarları üçün nəzərdə tutulmuşdur və yüksək bədii-estetik zövq vəd edir.
Qiraətçi: Hüseynağa Aslanov
Pianoçu: Nicat Aslanov
Tar: İsmayıl Zülfüqarov
Bilet qiymətləri:
1–2-ci sıra — 25 AZN
3–4-cü sıra — 20 AZN
5–6-cı sıra — 15 AZN
Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.
Qeyd: Tədbir məkanına sessiya başlamazdan 30 dəqqiqə əvvəl gəlməyiniz xahiş olunur.

8 ₼-dan
12 ₼-dan
10 ₼-dan
10 ₼-dan
7 ₼-dan
30 ₼-dan