Şamaxı Bahar Festivalı 2026

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Təbiətin oyandığı, baharın nəfəsinin hiss olunduğu möhtəşəm dağ mənzərəsi fonunda ilin ən enerjili festivalına dəvətlisən!

21 mart tarixində Şamaxıda baharı birlikdə qarşılayırıq! 🔥🌿

Sizi nə gözləyir?

🔥 Böyük festival tonqalları
🎶 Canlı musiqi performansları
🎧 Enerjili DJ setləri
🥁 Ritmi yüksəldən darbuka şousu
🎇 Vizual effektlər və xüsusi səhnə şouları
🎁 Festival boyu sürprizlər

Gündüz bahar enerjisi, gecə isə alovların işığında festival atmosferi!
Şamaxının möhtəşəm təbiətində unudulmaz Novruz gecəsi sizi gözləyir!

Nəqliyyat (biletə daxildir)

🚌 12:00 — Bakı → Şamaxı
🚌 20:00–22:00 — Şamaxı → Bakı

Avtobuslar Atatürk Parkı (Gənclik) qarşısından hərəkət edəcək. Qayıdış da eyni məkana təşkil olunacaq.

Yaş məhdudiyyəti / Dil

16+ / Multilingual
Şamaxı Bahar Festivalı 2026 Şamaxı Bahar Festivalı 2026

Məkan yeri
Azərbaycan, Göy Qurşağı İstirahət evi, Shamakhy Az5600