Səma

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Muğamın ruhundan hörülmüş bir rəqs

Layihə haqqında

“Səma” adlandırılmış bu görüş, “Dancing Mugham” layihəsi – Azərbaycan muğamının əfsanəvi səsi Alim Qasımov ilə beynəlxalq səviyyədə tanınmış xoreoqraf və rəqs novatoru Saşar Zarif arasında yaradılmış unikal əməkdaşlıqdır. 2004-cü ildə Bakıda başlayan bu yaradıcılıq mübadiləsi səs və vücud arasında iyirmi ildən artıq davam edən ortaq axtarışın nəticəsidir. Bu əsər muğam musiqisi, sufi poeziyası və dini ayin təcrübəsi ilə formalaşan bir yanaşmanı əks etdirir. Burada hərəkət səsin gözəlliyinə varma, anında mövcudluq və daxili yaşam təcrübəsi ilə zühur edir.

Bu unikal əsərdə əsrlərlə formalaşmış musiqi ənənəsi sufi xoreoqrafiyası ilə qovuşur. Qasımovun improvizasiyalı səsi və Zərifin mənəvi köklərə bağlı hərəkət dili vasitəsilə “Dancing Mugham” - muğam və səma arasındakı dərin əlaqəni yenidən canlandırır, musiqi və rəqs, eşq və həsrət arasında qırılmaz bağlar yaradır.

Bu dialoqu Muğam Ansamblı tamamlayır. Ansamblın musiqiçiləri incə, canlı improvizasiya ilə səs mühitini formalaşdıraraq məqamın nəfəsi ilə yaşayırlar.

Bu sadəcə duet deyil – səs və bədən, ənənə və transformasiya arasında qurulan bir dialoqdur.

İyirmi ildən artıq yaradıcı mübadilənin nəticəsi olaraq “Dancing Mugham” layihəsi ənənəni emosional məna və fiziki poeziya vasitəsilə yenidən mənalandırır. Hər təqdimat dinləmə, mövcudluq və improvizə yoluyla formalaşan canlı bir proses kimi təzahür edir.

SƏNƏTÇİLƏR BARƏDƏ

Alim Qasımov

Beynəlxalq səviyyədə tanınmış muğam ustası Alim Qasımov bu sənətin qorunması və inkişafına böyük töhfə vermişdir. Onun səsi həm tarixinin ağırlığını, həm də canlı ifadə gücünü daşıyır.

YUNESKO Musiqi Mükafatı laureatı olan Qasımovun irsi ifadan daha artıqdır. O, muğamın gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Saşar Zarif

Saşar Zarif hərəkəti yaddaşın görünən forması kimi təqdim edir. O, otuz ildən artıqdır ki, rəqsi 40-dan çox ölkədə hekayə kimi nəql edir. Onun işi sufi ənənələri, səhnə və təhsil mühiti formalaşıb. Burada hərəkət yaddaş və transformasiya arasında körpü rolunu oynayır.

Queen Elizabeth II Diamond Jubilee MedalFulbright Association tərəfindən təqdim olunan mükafatların laureatı olan Zərifin işi bədən yaddaşı və mədəni varislik ilə bağlı dərin axtarışdır.

 Bədii rəhbərin düşüncələri:

Muğamı rəqs etmək sadə bir sualdan doğdu: Muğam – yaddaşa və nəfəsə bu qədər dərin kök salmış bir musiqi ənənəsi – hərəkət vasitəsilə yenidən həyata gələ bilərmi?

Bu sualı 2004-cü ildə Alim Qasımova yönəltdiyim zaman, səmimi və səxavətli bir cavab verdi. Onun avazı bizə səsi fərqli qaydada dinləməyi, musiqini, məkanı, sükutu və görünməyəni duymağı öyrətdi.

Bu proses sadəcə xoreoqrafiya deyil, nəfəs ilə titrəyiş, yaddaş ilə hərəkət arasında bir söhbət, təmas idi. Bu axtarış zamanla “Canlı rəvayətlər” praktikası kimi formalaşdı.

Eşq texnika barəsində deyil. Bu, mövcudluq, səsin, ritmin və hərəkətin görüşdüyü bir məkan haqqındadır.

Müasir zamanda sevgi çox vaxt sadələşdirildiyi halda, Eşq səbr və qayğı ilə bizi onun mənbəyinə qaytarır. Bu əsər sevginin, eşqin tərifi deyil, onu birlikdə yaşamaq anıdır.

 

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Səma Səma

Məkan yeri
Azərbaycan Bakı, AZ 1073, Yasamal rayonu Ələsgər Ələkbərov 7