Dmitri Şostakoviç -120 DSCH

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Aprelin 29-da Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş «DSCH» musiqi axşamı keçiriləcək. Proqramda bəstəkarın Saşa Çernıy və Aleksandr Blokun şeirlərinə vokal silsilələri, kamera-instrumental əsərləri ilə yanaşı, onun tələbələri – görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Cövdət Hacıyevin kamera əsərləri də ifa olunacaq. Konsertin ideya müəllifi, BMA-nın dosenti, pianoçu Yuliya Kərimova ilə birlikdə solistlər – Azərbaycan Respublikasının əməkdar artisti Fəridə Məmmədova (soprano), Ümidə Abasova (skripka) və Georgiy İmanov (violonçel) Şostakoviç ilində dinləyicilərə bəstəkarın ziddiyyətlər, yumor, faciə və tükənməz enerji ilə dolu musiqisinin kodlanmış dünyasına səyahət təklif edirlər.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Dmitri Şostakoviç -120 DSCH Dmitri Şostakoviç -120 DSCH

Məkan yeri
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan