

9 fevral | Heydər Əliyev Sarayı
9 fevralda tanınmış italyan bəstəkarı və dirijoru Andrea Morrikone Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Səhnədə böyük simfonik orkestr və xor bir araya gələcək. Simfonik musiqinin zəngin çalarları xorun qüdrətli səslənişi ilə qovuşacaq.
Proqramda səslənəcək təsirli əsərlər dinləyicilərdə dərin duyğular oyadacaq, xatirələri və kino dünyasının obrazlarını canlandıracaq.
Canlı ifanın enerjisi, orkestrin rəngarəng səslənişi və xorun möhtəşəm ifası tamaşaçılara unudulmaz musiqi axşamı yaşadacaq.
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet