Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Andreas Andersson — məşhur isveçli saksafon ifaçısıdır (tenor və soprano), pedaqoq və aparıcı improvizator. O, beynəlxalq səviyyədə tanınan Plunge sərbəst improvizasiya triosunun təsisçilərindən biridir. Bu kollektivlə birlikdə dörd albom yazdırmış və İsveç, Böyük Britaniya, Almaniya, İsveçrə, İtaliya və Azərbaycanda qastrollarda olmuşdur.
Onun solo çıxışları müxtəlif kontekstlərdə — konsertlərdən sərgilərə və dua mərasimlərinə qədər — keçirilir və minimalizmə, kontemplativ (düşündürücü) musiqi yanaşmasına əsaslanır.
Andreas bir sıra tanınmış musiqiçilərlə əməkdaşlıq etmişdir: Bobo Stenson, Marilyn Mazur, Sten Sandell, eləcə də müxtəlif janrlarda fəaliyyət göstərən sənətçilərlə — gospel, R&B, pop və klassik musiqi daxil olmaqla. Onların arasında Per-Erik Hallin, Samuel Ljungblahd, Ulf Lundell, Per Gessle, Markus Wargh, Stefan Östersjö və başqaları var.
Andreas həmçinin teatr tamaşaları, sənədli filmlər və müxtəlif layihələr üçün musiqi bəstələyir.
David Linx — caz vokalçısı, bəstəkar, söz yazarı, prodüser və multiinstrumentalistdir.
Davidin debüt layihəsi A Lover’s Question — amerikalı yazıçı James Baldwin ilə birlikdə ərsəyə gəlmişdir. Bu layihədə Baldwin musiqi fonunda şeirlər oxuyur və bu iş həm Avropa, həm də ABŞ-da ictimaiyyətin və tənqidçilərin böyük diqqətini cəlb etmişdir.
David Toots Thielemans, Paolo Fresu, Maria João, Clark Terry, Steve Coleman, Count Basie Orkestri kimi məşhur musiqiçilərlə və caz, klassik, dünya musiqisi səhnəsinin bir çox tanınmış nümayəndələri ilə əməkdaşlıq etmişdir.
2005-ci ildə David Fransa tərəfindən "Chevalier des Arts et des Lettres" fəxri adına, həmçinin Charles Cros Akademiyasının Böyük Mükafatına və Caz Akademiyası tərəfindən Avropanın ən yaxşı caz musiqiçisi adına layiq görülmüşdür. 2011 və 2019-cu illərdə isə Fransanın “Grammy”si sayılan Victoires du Jazz mükafatını "İlin vokal caz albomu" nominasiyasında qazanmışdır. Bundan əlavə, David bir çox digər nüfuzlu Avropa musiqi mükafatlarının da laureatıdır.David Linx hazırda Brüssel Kral Konservatoriyasında caz vokalı üzrə professordur və dünya üzrə, o cümlədən Amsterdam Konservatoriyasında, mütəmadi olaraq ustad dərsləri keçir.

8 ₼-dan
30 ₼-dan
Biletlər satılıb
15 ₼-dan
49 ₼-dan
35 ₼-dan