Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

4 iyun tarixində Akademik Rus Dram Teatrı-nda Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı keçiriləcək.

Festival çərçivəsində 100-ə yaxın eşitmə məhdudiyyətli uşaq və gənc mədəniyyətin və incəsənətin müxtəlif sahələrində istedadlarını Zülfiyyə Xanbabayeva, Fərqanə Qasımova, Dilarə Əliyeva, Oksana Rəsulova, Mərdan Kazımov, Orxan Zeynallı və digər tanınmış simalarla birlikdə təqdim edəcəklər.

Xüsusi olaraq, Akademik Musiqili Teatr-da səhnələşdirilən “Paris Notr-Dama ithaf” tamaşasından bir hissə yeni təqdimatda ilk dəfə jest dili ilə nümayiş etdiriləcək.

Yaş məhdudiyyəti / Dil

0+
Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı Eşitmə Məhdudiyyətli Şəxslərin II Mədəniyyət Festivalı

Məkan yeri
Xaqani küçəsi 7, Bakı, Azərbaycan