Бременские Музыканты

Tədbir haqqında

3-cü zəngdən sonra tamaşa zalına giriş qəti qadağandır.

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Bremen musiqiçiləri

Onları birləşdirən yalnız bir şey var — irəli getmək arzusu. Eşşək, İt, Pişik, Xoruz və Trubadur yolda qarşılaşır və artıq ayrılmırlar. Sonrası isə planlaşdırılmamış macəralarla doludur.

Bremen musiqiçiləri elə bir musiqili tamaşadır ki, burada hər şey həqiqidir: dostluq, macəra, qorxulu olmayan “pis” qəhrəmanlar və uğrunda risk etməyə dəyən sevgi. Canlı mahnılar, rəngarəng kostyumlar və tamaşaçı ilə birlikdə yaşanan bir hekayə.

Xəyallara inanan uşaqlar üçün. Və bir vaxtlar inanmış böyüklər üçün.

Quruluşçu rejissor: Raula Turkkan
İnsenirovka: Vladimir Neverov
Quruluşçu rəssam: Alexander Fyodorov
Kostyum üzrə rəssam: Olga Abbasova
Musiqi tərtibatı: Vladimir Neverov
Xoreoqraf: Raula Turkkan
Rejissor assistenti: Yulia Limareva

Rollarda:
Kral: Yaqub Zeynalov
Şahzadə: Sabina Asim
Trubadur: Zaur Teregulov
Atamanşa: İnna İmranova
Birinci quldur: Milana Sokolенко
İkinci quldur: Rumiya Ağayeva
Pişik: Şəma Vəliyeva
Xoruz: Fatimə Əliyeva, Dilyara Nazarova (birlikdə)
İt: Olesya Qasımova
Eşşək: Tamilla Abutalıbova
Mühafizə rəisi: Rəşad Əliyev
İkinci mühafizəçi: Fatimə Əliyeva, Dilyara Nazarova (birlikdə)

Tamaşanın müddəti:
I pərdə – 40 dəqiqə
II pərdə – 25 dəqiqə

Yaş məhdudiyyəti / Dil

0+ / Русский
Бременские Музыканты Бременские Музыканты

Məkan yeri
Xaqani küçəsi 7, Bakı, Azərbaycan