Aşıq Ramin Qarayevin "Sazımda - Avazımda" adlı solo konserti

Tədbir haqqında

Aşıq Ramin Qarayev Azərbaycan Respublikasının 1-ci Vitse Prezİdenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESKO-da qeyri-maddi irsi siyahısına daxil edilməsində iştirak etmişdir. Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak etdiyinə görə 2021-ci ildə "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif edilmişdir. 2012-ci ildə Qazaxıstanda Dədə Qorqud festivalında qalib olaraq 3-cü yeri tutmuşdur. 2019-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində İmaməddin Nəsiminin 650 illiyində iştirak etmişdir.
Türkiyənin İstanbul şəhərində Qarabağ zəfərinin 1 illiyinə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbirində iştirak etmişdir.
2022-ci ildə Türkiyənin Bursa-İznik şəhərində Rəcəb Tayyib Ərdoğan başda olmaqla 5 ölkənin prezidentinin iştirak etdiyi 4-cü Dünya Köçebe oyunlarının açlış tədbirdə iştirak etmişdir.
2023-cü ildə Azərbaycanın Şuşa şəhərində Molla Pənah Vaqifin poeziya günlərində iştirak etmiş və aktyor kimi də Abbas Tufarqanlı obrazını canlandırmışdır.
Beynəlxalq Müsabiqələr Laureatıdır.
Azərbaycan AB-nin üzvüdür.
Azərbayca Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr səviyyələrini bitirmişdir. Hal-hazırda Xəzər Universitetində pedaqoji fəaliyyət göstərir.
Bu günə kimi Azərbaycanda 3 solo konsert, Rusiya, Gürcüstan və Türkiyədə 1 solo konserti olmuşdur.
İndi isə Təbriz-Bakı qrupu ilə tam yeni tərizdə, daha fərqli ifalarla zövqünüzə oxşayacaqdır.

Yaş məhdudiyyəti / Dil

6+
Aşıq Ramin Qarayevin "Sazımda - Avazımda" adlı solo konserti Aşıq Ramin Qarayevin "Sazımda - Avazımda" adlı solo konserti