Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Əziz saz-söz sevənlər!
Sizi aşıq Ramin Qarayevin Bakı–Təbriz qrupu və Xəzər Universitetinin Kamera Orkestri ilə birlikdə, yeni bir nəfəsdə təqdim olunan möhtəşəm konsertinə dəvət edirik.
Konsertdə respublikamızın Xalq artistləri
Gülyanaq Məmmədova, Gülyaz Məmmədova,
həmçinin Leyla Rəhimova, Məhsəti Azaflı, Xatirə Xanlı çıxış edəcəklər.
🎤 Gecənin aparıcısı – Qorxmaz Tofiqoğlu
Aşıq Ramin Qarayev Azərbaycan Respublikasının 1-ci Vitse Prezİdenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESKO-da qeyri-maddi irsi siyahısına daxil edilməsində iştirak etmişdir. Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak etdiyinə görə 2021-ci ildə "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif edilmişdir. 2012-ci ildə Qazaxıstanda Dədə Qorqud festivalında qalib olaraq 3-cü yeri tutmuşdur. 2019-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində İmaməddin Nəsiminin 650 illiyində iştirak etmişdir.
Türkiyənin İstanbul şəhərində Qarabağ zəfərinin 1 illiyinə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbirində iştirak etmişdir.
2022-ci ildə Türkiyənin Bursa-İznik şəhərində Rəcəb Tayyib Ərdoğan başda olmaqla 5 ölkənin prezidentinin iştirak etdiyi 4-cü Dünya Köçebe oyunlarının açlış tədbirdə iştirak etmişdir.
2023-cü ildə Azərbaycanın Şuşa şəhərində Molla Pənah Vaqifin poeziya günlərində iştirak etmiş və aktyor kimi də Abbas Tufarqanlı obrazını canlandırmışdır.
Beynəlxalq Müsabiqələr Laureatıdır.
Azərbaycan AB-nin üzvüdür.
Azərbayca Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr səviyyələrini bitirmişdir. Hal-hazırda Xəzər Universitetində pedaqoji fəaliyyət göstərir.
Bu günə kimi Azərbaycanda 3 solo konsert, Rusiya, Gürcüstan və Türkiyədə 1 solo konserti olmuşdur.
İndi isə Təbriz-Bakı qrupu ilə tam yeni tərizdə, daha fərqli ifalarla zövqünüzə oxşayacaqdır.

3 ₼-dan
8 ₼-dan
10 ₼-dan
4 ₼-dan
30 ₼-dan
45 ₼-dan