

Azərbaycan cazı
Təsvir
Azərbaycan cazı
Azərbaycan musiqisinin sevilən melodiyaları cazın improvizasiya və müasir səslənməsi ilə yeni nəfəs qazanır.
“Azərbaycan cazı ” konsertində milli musiqi irsimizin tanınmış əsərləri xüsusi caz aranjımanında təqdim olunacaq. Zərif piano, ritmik bass və dinamik zərb alətlərinin vəhdəti Azərbaycan melodiyalarına fərqli və müasir bir rəng qatacaq.
İfaçılar:
🎹 Piano — Leyla Noir
🎸 Bass gitara — Pərviz Məmmədov
🥁 Drums — Azər Şabanov
Azərbaycan melodiyalarının caz ruhunda səslənəcəyi, nostalji və müasirliyin bir araya gələcəyi xüsusi musiqi axşamına dəvətlisiniz.
“Azərbaycan cazı ” — tanış melodiyalar, yeni caz nəfəsi.
Qeyd: Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
