Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Musiqilərində Bakının abu-havasına və lokal mövzulara xüsusi yer ayıran Gitara ifaçısı Ahmedowsky, ən son ekran işi olan “Yollar” albomu ilə, özünün yeni “BAKUFUNK” tərzini izləyicilərə təqdim edib. Bakı küçələrinin ruhunu, Funk, Hip-Hop, Jazz və House elementləri ilə birləşdirən bu yeni yanaşma canlı olaraq dinləyicilər üçün yenidən ifa olunacaq. Yenicə formalaşdırdığı Quartet ilə yeni və seçilmiş kompozisiyaları təqdim etmək üçün May ayının 23-ü, Kappelhaus - Chamber Hall'da bütün musiqisevərlərin yolunu gözləyir. Həmçinin səhnədə xüsusi qonaqların iştirakı ilə baş tutacaq bu tədbir, şəhərin ritmik və melodiyalarla zəngin atmosferini sizə fərqli cəhətdən hiss etdirəcək.
2017ci ildə ilk albomunu Vaqif Mustafazadənin yaradıcılığına həsr edən, yerli gitara ifaçısı, növbəti il yaratdığı Ahmedowsky trio ilə "Caspian Broadcasting" albomunu yayımlayaraq xarici festivallarda və yerli böyük səhnələrdə yer almışdır.
Gitara: Ahmedowsky (Babak Ahmad)
Saksafon: Jamal Bayramlı
Drums, Zərb alətləri: Ali Nasib
Bass Gitara: Ziya Alışov

8 ₼-dan
15 ₼-dan
4 ₼-dan
10 ₼-dan
20 ₼-dan
15 ₼-dan