BANI acharuli gandagana

Tədbir haqqında

"Bani" qrupu 2 yanvar 2011-ci ildə Gürcüstanda yaradılıb. Elə həmin vaxtda onların ilk hiti - "Rachuli" mahnısı dünyaya gəldi və "Bani" Gürcüstanın hər yerində böyük məşhurluq qazandı.

Hazırda "Bani" qrupunun üzvləri solist və birinci səs Mate Pirtsxalava, vokalistlər Raul Bitsadze (ikinci səs), Goga Nikoladze (bas, ikinci səs), həmçinin musiqiçilər Gela Gogiçvili (zərb alətləri, ikinci səs), Beso Kvitsiani (klaviatura, bas), Beso Metreveli (armonika), Gia Peikrishvili (gitara), Beka Mikadze (zərb aləti, bas)dır.

Hazırda qrupun repertuarında 30-dan çox hit var. "Banı"nın musiqisi yalnız gürcülər arasında deyil, həm də digər xalqlar arasında populyardır. Həqiqi hisslər, möhkəm dostluq və vətənə sevgi haqqında mahnılarla gürcü musiqiçiləri dünya üzrə minlərlə pərəstişkar qazanıblar.

Konsertdə xüsusi qonaqlar da iştirak edəcəklər: Zaza, Maxo, Gela
Gecənin aparıcısı: Emil Heydərov.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
BANI acharuli gandagana BANI acharuli gandagana