Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Candlelight Baku – Şam İşığı konsertlərinin Yeni il buraxılışını təqdim edir!
27 dekabr axşamı Bakının sehrli atmosferə malik Kamera və Orqan Musiqisi zalında (Kilsə) klassik musiqinin dahisi Pyotr İliç Çaykovskinin ən möhtəşəm balet əsərlərinin musiqiləri — Şelkunçik (The Nutcracker), Qu Gölü (Swan Lake), Yatmış Gözəl (The Sleeping Beauty) və digər məşhur nümunələr — Candlelight Kamera Orkestrinin canlı ifasında minlərlə şam işığı altında canlanacaq.🕯️🎻✨
🎄 Yeni ilin sehrini bizimlə hiss edin — bu bayram axşamını qaçırmayın!
Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎
Candlelight Kamera Orkestri – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, beynəlxalq və respublika müsabiqələrinin laureatları, həmçinin Əməkdar Artistlərdən ibarət yüksək peşəkar bir kollektivdir. Onların virtuoz ifa tərzi, dəqiqliyi və səhnə ustalığı hər çıxışı minlərlə şam işığının fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.
Candlelight Kamera Orkestri Heyəti
1-ci Skripka – Səid Məmmədov (Konsertmeyster)
1-ci Skripka – Nadir Eyvazov
1-ci Skripka – Leyla Kərimova
1-ci Skripka – Kənan Məmmədzadə
2-ci Skripka – Nicat Feyziyev
2-ci Skripka – Azadə Həbibova
2-ci Skripka – Bəhadur Rzayev
2-ci Skripka – Ümid Mustafayev
Alt (Viola) – Səbuhi Axundov
Alt (Viola) – Cavid Məcidov
Violonçel (Cello) – Aleksey Miltix
Violonçel (Cello) – Georgi İmanov
Violonçel (Cello) – Emin Qəliyev
Kontrabas – Rəvan Əhmədov
Piano – Tofiq Şıxıyev
*Təşkilatçılar proqramda dəyişiklik etmək hüququnu özlərində saxlayırlar.
⏳ Müddət: 60 dəqiqə (Qapılar 30 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.
🕯️ Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

4 ₼-dan
8 ₼-dan
5 ₼-dan
8 ₼-dan
49 ₼-dan
30 ₼-dan