Retro axşamı. Şam işığında. Candlelight Baku

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Candlelight Baku – Orjinal Şam İşığı konsertləri seriyası təqdim edir!

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanın heyranlıqla izlədiyi şam işığında konsertləri artıq Bakıda! 🌎

18 aprel tarixində Kamera və Orqan Musiqisi Zalı səhnəsində Azərbaycan musiqisinin qızıl dövrünə həsr olunmuş xüsusi bir retro axşam təqdim olunacaq. Candlelight Retro Ensemble-in ifasında, şam işığının zərif və sehrli atmosferində keçiriləcək bu gecə dinləyicilərə unudulmaz bir musiqi təcrübəsi vəd edir.

Proqram çərçivəsində Azərbaycan estradasının və klassik vokal ənənəsinin ən dəyərli inciləri yeni, incə və emosional interpretasiyada səsləndiriləcək. Tanış melodiyalar retro ruhunda yenidən canlanaraq sizi nostalji duyğularla zəngin, zərif və təsirli bir musiqi səyahətinə aparacaq.

Candlelight Retro Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, üç fərqli vokalist və instrumental tərkibdən ibarət seçilmiş musiqi ansamblıdır. Ansamblın tərkibinə fortepiano, piano, zərb alətləri, tar, kamança və s. alətlər daxildir. Kollektivin zəngin səhnə təcrübəsi, üslublararası balansı və canlı interpretasiya üslubu retro repertuarı müasir Candlelight atmosferində yenidən canlandıraraq, hər ifanı minlərlə şam işığı fonunda emosional və yadda qalan bir musiqi təcrübəsinə çevirir.

Müddət:  60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

 

 

 

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Retro axşamı. Şam işığında. Candlelight Baku Retro axşamı. Şam işığında. Candlelight Baku

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan