Şam İşığında: Vivaldinin “İlin fəsilləri” əsəri | Kamera Orkestrinin ifasında

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Candlelight Baku – Orjinal Şam İşığı konsertləri seriyası təqdim edir!

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎

22 fevral axşamı Bakının sehrli atmosferə malik Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Barokko dövrünün ən möhtəşəm bəstəkarlarından biri, musiqi tarixində dərin iz qoymuş Antonio Vivaldinin şah əsəri — “İlin fəsilləri”, şam işığında Candlelight Kamera Orkestrinin canlı ifasında səslənəcək.

Candlelight Kamera Orkestri – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, beynəlxalq və respublika müsabiqələrinin laureatları, həmçinin Əməkdar Artistlərdən ibarət yüksək peşəkar bir kollektivdir. Onların virtuoz ifa tərzi, dəqiqliyi və səhnə ustalığı hər çıxışı minlərlə şam işığının fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.

 Müddət:  60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

 ♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!



Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Şam İşığında: Vivaldinin “İlin fəsilləri” əsəri | Kamera Orkestrinin ifasında Şam İşığında: Vivaldinin “İlin fəsilləri” əsəri | Kamera Orkestrinin ifasında

Məkan yeri
İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan