Tango axşamı. Şam işığında video instalyasiyalı instrumental konsert. Ars Caspia Ensemble

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

2 may tarixində ilk dəfə olaraq Bakıda, möhtəşəm tarixi Kamera və Orqan Musiqisi Zalında (Kirxa) şam işığında video-instalyasiyalarla müşayiət olunan duyğulu instrumental “Tanqo axşamı” baş tutacaq.

Sizi xüsusi bir axşama dəvət edirik - bu gecədə tanqo janrının ən məşhur və sevilən əsərləri səslənəcək. Elə bir musiqi ki, burada ehtiras, dramatizm və hər anın gözəlliyi birləşir. Yüzlərlə şamın zərif işığı, sehrli video-instalyasiyalar, qədim kirxanın ab-havası, alətlərin canlı sədası və tanqonun dərin enerjisi duyğularla dolu, əsl musiqi sehrini yaşadan bir axşam yaradacaq.

“Tanqo axşamı” - dünyada milyonlarla insanın qəlbini fəth etmiş əfsanəvi əsərləri Azərbaycanın ən yaxşı musiqiçilərinin ifasında dinləmək üçün unikal bir imkandır. Proqramda Astor Piazzolla, Carlos Gardel və Jacob Gade kimi bəstəkarların ölməz tanqoları səslənəcək - ehtiraslı “Libertango”, duyğulu “Oblivion” və məşhur “Por una cabeza” daxil olmaqla. Bu melodiyalar sizi alovlu hisslərin, zərifliyin və canlı musiqi ehtirasının hökm sürdüyü bir aləmə aparacaq.

Konsertdən əvvəl qonaqlar şamların yumşaq işığında Kirxanın xüsusi ab-havasından zövq ala, gözəl şəkillər çəkdirə və şəhərin səs-küyündən bir anlıq uzaqlaşaraq musiqiyə tam qərq ola biləcəklər. Bu axşam sizə parlaq emosiyalar, tanqonun canlı enerjisi və unudulmaz estetik zövq bəxş edəcək.

🎟️ Yer sayı məhduddur.

Mövsümün ən ehtiraslı musiqi premyerasının bir parçası olmaq fürsətini qaçırmayın!

⏰ Başlama vaxtı: 20:00

📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41

Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.

Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.

Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.

🎶Ansambl - Ars Caspia Ensemble

Ars Caspia Ensemble  - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.

Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:

Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.

Zeyn Cəfərov (skripka) - beynəlxalq müsabiqələr laureatı, müxtəlif illərdə Opera və Balet Teatrı, Niyazi adına Simfonik Orkestr və bir sıra digər orkestrlərlə əməkdaşlıq edib, hazırda isə Azərbaycanda və xaricdə keçirilən konsert proqramları və mədəni tədbirlərin iştirakçısıdır.

Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.

Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.

Rəvan Əhmədzadə (kontrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.

Ülviyyə Dadaşova (fortepiano) - respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın “Qızıl istedadlar kitabı”na yazılıb. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivalların solisti.

Bu -  yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.

🎶Ars Caspia Conserts elanlarını izləyin, Bakının ən gözəl və cəlbedici yerlərində şam işığında video instalyasiyalarla möhtəşəm musiqi axşamlarını, multimediyalı konsertləri kəşf edin.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Tango axşamı. Şam işığında video instalyasiyalı instrumental konsert. Ars Caspia Ensemble Tango axşamı. Şam işığında video instalyasiyalı instrumental konsert. Ars Caspia Ensemble

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan