Çinarə Məlikzadə "Gəl" - Sumqayıt

Tədbir haqqında

“GƏL” deyir Çinarə Məlikzadə – 14 MART Sumqayıt səhnəsində

Azərbaycanın sevilən sənətçisi Çinarə Məlikzadə özünəməxsus səsi, zərif ifa tərzi və duyğulara toxunan repertuarı ilə musiqisevərlərin qəlbində xüsusi yer tutur. Səhnədə yaratdığı səmimi ab-hava və canlı ifaları ilə hər konsertini unudulmaz musiqi gecəsinə çevirən sənətçi bu dəfə tamaşaçıları “Gəl” adlı solo konserti ilə sevindirir.

Daha öncə 14 noyabrda Heydər Əliyev Sarayında, ardından 14 fevralda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında böyük maraqla qarşılanan konsert proqramı, indi isə nəhayət ki, əziz Sumqayıtlı musiqisevərlərlə görüşə gəlir.

📍 Məkan: Sumqayıt şəhəri, Kimyaçılar Mədəniyyət Sarayı
🗓 Tarix: 14 mart
⏰ Saat: 19:00

Görüş yerimiz və saatımız bəllidir.
Gəlin, musiqi sevgimizi birlikdə paylaşaq və bu gecəni yaddaşlara yazılan bir musiqi bayramına çevirək ✨🎶

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Çinarə Məlikzadə "Gəl" - Sumqayıt Çinarə Məlikzadə "Gəl" - Sumqayıt