Ay işığında klassik estrada

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Moon vibe” sizləri ayın füsünkar əhval-ruhiyyəsini hiss etməyə dəvət edir!

Ayın sizə daha yaxın olmasını istəyirsiz?

23 may tarixində Moon Vibe təşkilatçılığı ilə keçiriləcək musiqi gecəsində, - Elgün&Sabina, Gramophone  Band, Həbib Həbibov, Əli Zəfəroğlu və Rəcəb Əhmədov  öz unikal ifaları ilə Sumqayıt Mədəniyyət Mərkəzində tamaşaçılara ay əhval-ruhiyyəsi yaşadacaqlar.

Ay işığında unudulmaz klassik musiqilər sizə retro  duyğular yaşadacaq.

Ay sehri bu gecə klassik estradamızın ən gözəl musiqi nümunələri ilə  sizlərlədir.

Özünəməxsus səhnə dekoru ilə ayın parıltısı sizi daha yaxından izləyəcək.

Zamanı dayandıran səslər, ayın sakit enerjisi və klassik musiqinin sehrli harmoniyası…

Moon Vibe sizləri unudulmaz konsert gecəsinə dəvət edir.

Qapılar 15 dəqiqə əvvəl açılır, xahiş olunur öncədən yerlərinizi tutasınız. 

Məkan əlil arabaları üçün əlçatandır.

Ayın sehrli musiqisini paylaşmağı unutmayın.

 

 

 

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Ay işığında klassik estrada Ay işığında klassik estrada