

Comic Con Baku 2026
Tədbir haqqında
Dünyanın ən böyük pop-mədəniyyət festivalı, Comic Con, Bakıya geri qayıdır!
30 avqust 2026-cı il tarixində Bakı Konqres Mərkəzi yenidən kino, oyunlar, komiks, anime, kospley və Asiya mədəniyyətinin pərəstişkarlarını bir araya gətirəcək. Comic Con Baku 2026 minlərlə qonağı, xarici iştirakçıları və yaradıcı sənaye nümayəndələrini bir araya gətirərək əsl pop-mədəniyyət bayramı atmosferi yaradacaq.
Festivalın baş qonağı və xüsusi qonaqları barədə məlumat çox yaxın zamanda elan olunacaq — yenilikləri izləyin!
Tədbirdə sizi nələr gözləyir:
- Xarici qonaq aktyorla görüşmək və avtoqraf əldə etmək, həmçinin xarici kosplyerlərlə tanış olmaq;
- Yerli rəssamlar, bloqerlər, müəlliflər və yaradıcı sənaye nümayəndələri ilə tanış olmaq;
- Möhtəşəm beynəlxalq kospley şousu və K-pop rəqs müsabiqəsi;
- Həvəskar kospley müsabiqəsində iştirak imkanı;
- CAVAN Kreativ Gənclər Forumu2026-da iştirak etmək;
- Sevimli fandomlarınıza aid məhsulları yarmarkadan əldə etmək;
- VR, konsol, stolüstü və kompüter oyun zonaları;
- Tematik zonaları, ustad dərslərini və tərəfdaşların xüsusi aktivlikləri.
VIP bilet üstünlükləri (sxemdə qırmızı rənglə işarələnmiş yerlər):
- Festivalın rəsmi açılışından əvvəl, saat 10:00-dan etibarən ayrıca VIP giriş;
- Əsas səhnənin ön sıralarında ayrılmış oturacaqlar;
- Baş qonaq ilə növbəsiz foto və şəxsi ünsiyyəti əhatə edən qapalı VIP görüş və avtoqraf sessiyası;
- Comic Con Baku-ya məxsus eksklüziv məhsulları;
- İstirahət və “networking” üçün VIP zona;
- VIP zonada limitsiz su;
Early Bird xüsusi təklifi
Hazırda biletlər xüsusi Early Bird kampaniyası çərçivəsində satışdadır. Early Bird qiymətləri yalnız "Sərbəst yerləşmə" kateqoriyasına aid biletlərə şamil olunur. Kampaniya 10 iyul 2026-cı il daxil olmaqla qüvvədədir.
Bu tarixdən sonra biletlərin qiymətləri artırılacaq. Ən sərfəli qiymətlərdən yararlanmaq üçün biletlərinizi əvvəlvədən əldə etməyinizi tövsiyə olunur.
Tədbirin proqramı
Comic Con Baku 2026-nın ətraflı proqramı tədbir tarixinə yaxın elan olunacaq.
Bütün çıxışlar, avtoqraf sessiyaları, müsabiqələr və digər fəaliyyətlərlə bağlı yenilənmiş cədvəl iTicket platformasında, həmçinin Comic Con Baku-nun rəsmi Instagram və Telegram səhifələrində paylaşılacaq.
📅 30 avqust 2026
📍 Bakı Konqres Mərkəzi
🕚 11:00–19:00 (VIP giriş saat 10:00-dan)
10 iyul tarixinədək Early Bird qiymətlərindən yararlanaraq Azərbaycanın ən böyük “geek” mədəniyyəti festivalının bir hissəsinə çevrilin!
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
