Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri konserti

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə muğam dəstgahları Xalq Çalğı Alətləri  Orkestrinin müşayiəti ilə xanəndələrin ifasında təqdim olunur. Bu konsert  Azərbaycan musiqi ənənələrinin yenidən dirçəldilməsi və klassik irsin müasir səhnə təqdimatına qayıdışıdır.

Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə səslənən muğam dəstgahları keçmişlə bu gün arasında körpü yaradır, milli musiqi yaddaşına hörmət və gələcək nəsillərə mədəni irsimizə  ehtiram ifadə edir. Konsert muğamsevərlər üçün dərin bədii dəyərə malik musiqi hadisəsidir.

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri konserti Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri konserti

Məkan yeri
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan