Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Minlərlə şam işığının sehrində Miyazaki kainatına açılan xüsusi bir musiqi gecəsinə hazırsınızmı? 🕯️✨
Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎
6 fevral tarixində dünya animasiya və kino musiqisinin poetik dünyasına həsr olunmuş xüsusi Candlelight Miyazaki axşamı Kamera və Orqan Musiqisi Zalında, Candlelight Ensemble ifasında şam işığında təqdim olunacaq. Bu gecədə Hayao Miyazakinin sevilən filmlərindən tanınan, Joe Hisaishi tərəfindən bəstələnmiş unudulmaz melodiyalar zərif və emosional interpretasiyada səslənərək dinləyiciləri xəyallar, nostalji və təxəyyüllə dolu bir musiqi səyahətinə aparacaq..
Bu gecədə Hayao Miyazakinin ən sevilən filmlərindən — Spirited Away, My Neighbor Totoro, Howl’s Moving Castle və Nausicaä of the Valley of the Wind üçün Joe Hisaishi tərəfindən bəstələnmiş unudulmaz musiqilər səslənəcək. Konsert boyu musiqi ilə paralel olaraq bu filmlərdən seçilmiş film səhnələri nümayiş olunacaq və dinləyicilər səs və görüntünün vəhdətində Miyazaki dünyasına daha dərindən qərq olacaqlar.
Candlelight Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano və genişləndirilmiş simli tərkibdən ibarət (2 skripka, alt, violonçel və kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.
⏳ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, öncədən gəlib yerlərinizi tutmağınız xahiş olunur.)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.
🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

15 ₼-dan
15 ₼-dan
8 ₼-dan
10 ₼-dan
10 ₼-dan
5 ₼-dan