Raxmaninovun xatirəsinə ithaf

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

15 aprel saat 19:00-da Beynəlxalq Muğam Mərkəzidə dahi rus bəstəkarı Sergey Raxmaninovun musiqisinə həsr olunmuş konsert keçiriləcək. Konsertdə beynəlxalq müsabiqələr laureatları — vokal ifaçısı Kənan Rəhmanzadə və fortepiano ifaçısı Əli Hüseynli çıxış edəcəklər. Bu axşamda bəstəkarın vokal və fortepiano repertuarından seçilmiş əsərlər səsləndiriləcək.Raxmaninovun musiqisi dərin lirizmi, geniş melodik nəfəsi və zəngin harmoniyası ilə seçilir. Onun əsərləri dinləyicini romantik duyğular və incə emosiyalarla dolu musiqi dünyasına aparır. Bu musiqi axşamı Raxmaninov yaradıcılığının incə və təsirli atmosferini dinləyicilərə daha yaxından hiss etdirmək üçün xüsusi bir imkan yaradacaq.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Raxmaninovun xatirəsinə ithaf Raxmaninovun xatirəsinə ithaf

Məkan yeri
Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan