Elçin Cəfərov - "Bizə hər şey yaraşır"

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

29 may tarixində Heydər Əliyev Sarayında Azərbaycan estradasının tanınmış sənətçisi Elçin Cəfərovun “Bizə hər şey yaraşır” adlı solo konserti baş tutacaq.

Konsert proqramında ifaçının repertuarından seçilmiş sevilən mahnılar, eləcə də yeni ifalar canlı orkestrin müşayiəti ilə tamaşaçılara təqdim olunacaq. Sənətçinin səhnə təcrübəsi və musiqi üslubu dinləyicilərə yadda qalan və zövqlü bir musiqi axşamı vəd edir.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Elçin Cəfərov - "Bizə hər şey yaraşır" Elçin Cəfərov - "Bizə hər şey yaraşır"

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan