EMİN SABİTOĞLU - 85

Tədbir haqqında

COVİD-19 pasportu və ya immun sertifikatı olmayan tamaşaçılar  tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır.

 Oktyabrın 15-də Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz mahnıların müəllifi, onlarla filmə öz musiqisi ilə ruh verən, bir çox televiziya və teatr tamaşalarını öz musiqiləri ilə insanlara daha da sevdirən görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçiriləcək.
   Bəstəkarın sevilən mahnılarının səslənəcəyi gecədə Respublikanın Xalq artistləri Flora Kərimova, Azər Zeynalov, Brilliant Dadaşova, Aygün Bayramova, Ənvər Sadıqov, Nəzakət Teymurova, İlqar Muradov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Sevda Ələkbərzadə, Elton Hüseynəliyev, Lalə Məmmədova, Nuriyyə Hüseynova, müğənnilər Zabitə Alıyeva, Rəvanə Qurbanova, Humay Qədimova (tar), Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin solisti Fəxri Kazım-Nicat və başqaları iştirak edəcəklər.
   Saat 19:00 –da baş tutacaq konsertin biletlərinin qiyməti 10-80 manat təşkil edir. 
   Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Yaş məhdudiyyəti / Dil

6+
EMİN SABİTOĞLU - 85 EMİN SABİTOĞLU - 85