Otello

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Otello”  Cüzeppe Verdinin Şekspirin qisas və qısqanclıq  haqqında dramı əsasında yazılmış sonuncu faciəvi operasıdır. Operanın libretto müəllifi Arriqo Boytodur. Tamaşanın premyerası 5 fevral 1887-ci ildə La-Skala teatrında baş tutmuşdur. 
Operanın qısa məzmunu
Mavritaniyalı sərkərdə Otellonun rəhbərliyi altında donanma türklər üzərində qələbədən sonra fırtınanı dəf edərək Kiprə qayıdır. Yalnız Yaqo bu hadisəyə sevinmir. Kassionun kapitan rütbəsinə layiq görülməsi bu rütbəyə iddialı olan Yaqoda ona qarşı nifrət hissi oyatmışdır. O, Otellonu məhv etməyə çalışır, buna görə də onu inandırır ki, həyat yoldaşı Dezdemona ona Kassio ilə xəyanət edir. Otello qısqanclıqdan dəli olmaq dərəcəsinə gəlib çatır. Günahsız və qorxmuş Dezdemona özünə haqq qazandırmağa çalışır. Yaqonun satqınlığın nəticəsi olaraq Otello arvadını yataq otağında boğur. Lakin Emiliya Dezdemonanın günahsız olduğu haqqında  həqiqəti hamıya açır. Yaqo qaçmaqla canını qurtarır. Öz əməllərindən  son dərəcə peşman olan Otello son dəfə Dezdemonanın cansız bədənini qucaqlayaraq özünü öldürür.

Yaş məhdudiyyəti / Dil

6+ / Italiano
Otello Otello

Məkan yeri
Bülbül prospekti 35, Bakı, Azərbaycan