Erik Truffaz Kvarteti

Tədbir haqqında

Artıq üçüncü dəfədir ki Bakıda yay mövsümünü  10-15 İyun tarixində keçiriləcək “Baku Summer Jazz Days” ənənəvi festivalı açacaq. Unikal layihə “Baku Summer Jazz Days” “Premier Art Management” prodüser agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi nəticəsində yaranmışdır. Öncəki illərdəki kimi festivalda müxtəlif ölkələrin musiqiçiləri iştirak edəcək - İsrail, Rusiya, Fransa, Gürcüstan və İsveçrə.

Festivalı avropanın ən dahi və fərasətli caz ifaçılarından biri Erik Truffaz öz kvarteti ilə açacaq.  8 yaşından o səhnədə çıxış etməyə başlayıb, və 30 yaşından öz kollektivində ifa edir. Onun konsertləri arasında çətin ki iki eyni proqram və ya şou aşkar olunsun. Bəstəkar kimi, yeni əsər yazma prosesində o, elektron səs effektlərindən istifadə edir, caz-rokdan drum-n-base-ə qədər müxtərlif janrları qarışdırır. Belə əsrarəngiz musiqi palitrasına baxmayaraq o öz tanınan ifa üslubunu qorumağa bacarır.

Yaş məhdudiyyəti / Dil

6+
Erik Truffaz Kvarteti Erik Truffaz Kvarteti