Xor simfonik musiqi gecəsi

Xor simfonik musiqi gecəsi

Tədbir haqqında

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestri, xor kollektivi və Teatrın aparıcı solistlərinin iştirakı ilə yeni musiqi proqramını təqdim edir.
Dünya və Azərbaycan klassik opera nümunələrindən  ibarət möhtəşəm proqramda nadir ifa olunan incilər seçilmişdir. Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Əliəhməd İbrahimov, Tural Ağasıyev,  İlham Nəzərov, Fəridə Məmmədova, Səbinə Vahabzadə, solistlər Adil Axundov, Mahir Tağızadə, Fəhmin Əhmədli, İqor Yadrov və b.  ifasında "Nabukko" (C.Verdi), "Boris Qodunov" (M.Musorqski),  "Katerina İzmayılova" (D.Şostakoviç), "Nərgiz" (M.Maqomayev), "Vətən" (C.Hacıyev – Q.Qarayev - C.Hacıyev), "Firuzə" (Üz.Hacıbəyli - İ.Hacıbəyov), "Xanəndənin taleyi" (C.Cahangirov) operalarından fraqmentlər səslənəcək.


Xormeyster - Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi
Dirijor - Əyyub Quliyev, Əməkdar artist

Yaş məhdudiyyəti / Dil

6+
Xor simfonik musiqi gecəsi Xor simfonik musiqi gecəsi