Lüdoviko Eynaudinin əsərlərindən ibarət konsert

Tədbir haqqında

Konsertdə sizə Tynda.Music Kamera Ansamblının ifasında dahi kino bəstəkarı Ludoviko Einaudinin tamamilə yeni və unikal musiqi proqramı təqdim olunacaq.

Dahi italyan bəstəkarının ən məşhur əsərlərindən bəziləri ilk dəfə olaraq Azərbaycanda tam yeni formada ifa olunacaq.

Ludovico Einaudi zəmanəmizin ən çox axtarılan bəstəkarları, musiqidə neoklassik istiqamətin ikonik siması, kult fransız filmi "1+1" üçün musiqi müəllifidir.

Einaudinin musiqisi bütün planetdə çoxlu sayda insanı birləşdirir. Bəstəkarın əsərləri dünya klassiklərinin tarixinə daxil olmağı bacarıb.

tynda.music haqqında:

Tynda Music canlı musiqi vasitəsilə insanları ruhlandıran və mədəni cəhətdən maarifləndirən musiqi layihəsidir. Layihənin əsas ideyası yüksək musiqi və dünya səviyyəli musiqiçiləri hər kəs üçün daha əlçatan və yaxın etməkdir.

Yaş məhdudiyyəti / Dil

6+
Lüdoviko Eynaudinin əsərlərindən ibarət konsert Lüdoviko Eynaudinin əsərlərindən ibarət konsert