
Notların sehri: İki dünya, tək harmoniya

Notların sehri: İki dünya, tək harmoniya
Təsvir
Ruhunuzu dincəldəcək və sizi unudulmaz xatirələrə aparacaq fərqli bir musiqi axşamına hazırsınız?
Azərbaycan musiqi xəzinəsinin iki nəhəng imzası — Oqtay Kazımi və Hüseyn Abdullayevin bəstələri bu dəfə tamamilə yeni, canlı və həzin solo piano ifasında səslənəcək! Pianonun sehrli dillərində incəliklə işlənən bu romantik nəğmələr İçərişəhərin tarixi və sehrli ab-havasında qəlblərə toxunacaq.
Tarixin qoynunda, musiqinin tam mərkəzində unudulmaz bir gecə yaşamaq fürsətini qaçırmayın!
İfaçı: Rüfət Quliyev
Qeyd: Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
