Fabio Lepore

Tədbir haqqında

Bakıda Beynəlxalq Qadınlar Günü İtalyan Cazına bürünəcək
8 Mart 2019-cu il tarixində, Landmark Rotunda Caz Klubda Beynəlxalq Qadınlar Günü münasibəti ilə
italiyanın istedadlı cazz musiqiçisi, virtuoz ifaçı caz festivalların qalibi, dünyaca məşhur Fabio Lepore
Bakıda Beynəlxalq Qadınlar Gününə möhtəşəm musiqi proqramı ilə çıxış edəcək.
İtaliyanın ən maraqlı musiqiçilərindən biri olan Fabio Lepore ilk əvvəl doğma dilində ifa elədiyi
ənənəvi caz musiqisi - vokal caz janrının qızıl dövrünün dəyərli əsərləri ilə diqqətləri cəlb etməyi
bacarıb. Onun ifası nəyinki caz sevərləri həm də ənənəvi musiqilərdə originallığı və xüsusiliyi
axtaran dinləyicilərin ruhunu oxşayır.
London Caz Festivalı, Boston Yaşıl Festivalı, Dubay Caz Festivalı, Blue Bay Caz Festivalı kimi bir çox
beynalxalq festival və tədbirlərin iştirakçısı olan Fabio Labore Bakıda musiqiçiləri ilə birlikdə
əsrarəngiz, şən və ən əsası zərif Beynəlxalq Qadınlar Gününə layiq konsert proqramını Bakıda
təqdim edəcək.
Fabio Lepore ilə caz axşamı - sevdiklərinizlə, dəyərli insanlarla keçirəcəyiniz və pozitiv emosiyalara
bürünəcəyiniz sevgiylən gözəl bayram axşamı olacaq.

Yaş məhdudiyyəti / Dil

Fabio Lepore Fabio Lepore