KİNOKOMEDİYA

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

🎬 “KİNOKOMEDİYA” 🎬

Kinosevərləri dünya kinosunun ən sevilən və yaddaqalan komediyalarına həsr olunmuş maraqlı bir görüş gözləyir.

“KİNOKOMEDİYA” adlı tədbirdə müxtəlif dövrlərə və ölkələrə aid məşhur komediya filmləri, bu filmlərin kino tarixindəki yeri, tamaşaçılar tərəfindən niyə bu qədər sevildiyi, eləcə də komediya janrının illər ərzində keçdiyi inkişaf yolu haqqında söhbətlər aparılacaq. Burada klassik və müasir Hollivud, Avropa, Sovet və Türk komediyalarından bir çox nümunələr müzakirə olunacaq.

Tədbir iştirakçıları həmçinin kino tarixində iz qoymuş komediya ustaları, məşhur obrazlar və unudulmaz səhnələr haqqında maraqlı faktlarla tanış olacaq, öz sevimli filmləri barədə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Gülüşün və xoş əhval-ruhiyyənin hakim olacağı bu kino axşamına bütün kinosevərləri dəvət edirik!

“Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.”

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
KİNOKOMEDİYA KİNOKOMEDİYA

Məkan yeri
Böyük Qala küçəsi