“Barokkodan tanqoya” — əsrləri və musiqi üslublarını birləşdirən möhtəşəm musiqi axşamı! Vivaldi və Baxın zərif melodiyalarından Çaykovski və Qriqin lirik dünyasına, Piazzollanın ehtiraslı tanqosuna qədər uzanan bu səyahət sizi fərqli duyğuların sehrinə qərq edəcək. Dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Solistlər Səid Məmmədov (violin) Rafiqə Quluzadə (piano) və Nicat Feyziyev’in (violin) ifasında musiqinin unudulmaz anlarını yaşayın!
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız. QR bilet haqqında daha ətraflı: QR bilet