31 yanvar tarixində Qalım Kaliakbarov dünya Stand-up turu çərçivəsində ilk dəfə Bakıda, Opera Studiyasının səhnəsində çıxış edəcək.
Yeni solo stand-up konsertində Qalım Kaliakbarov adətən nəzarət altında saxlamağa çalışdığımız mövzuları təhlil edir: ailə büdcəsi, özünün psixoloji vəziyyəti və uşaqların tərbiyəsi.
Qalımın yeni yumoristik konserti pul, ailə, atalıq və yetkin bir insanın heç olmasa özü-özünü anlamaq cəhdləri haqqında səmimi və özünəironik bir düşüncədir.