
HANS ZIMMER UNIVERSE — Musiqili ithaf

HANS ZIMMER UNIVERSE — Musiqili ithaf
Təsvir
HANS ZIMMER UNIVERSE — Musiqili ithaf
Interstellar-dan The Lion King-ə — kainat qədər geniş musiqi, şam işığının sehrində.
22 noyabrda Beynəlxalq Muğam Mərkəzində müasir kino musiqisinin ən məşhur bəstəkarlarından biri Hans Zimmer-in musiqisinə həsr olunmuş xüsusi gecə keçiriləcək. Güclü melodiyalar və epik səslənmə Virtuosos of Baku orkestrinin ifasında zalı kosmik bir atmosferə aparacaq.
Proqramda "Inception", "Interstellar", "Gladiator", "The Lion King" kimi filmlərdən sevilən musiqilər orkestr aranjemanında səslənəcək. Simli alətlərin dramatik gücü hər melodiyaya yeni nəfəs verəcək.
Yüzlərlə şamın yaratdığı isti işıq isə axşama sehrli bir hava qatacaq.
Sevdiklərinizlə birlikdə kino musiqisinin ən böyük anlarını şam işığının ab-havasında yaşamağa dəvət edirik.
Tədbir haqqında:
🎶 Proqram: Orkestr və saksafon ifasında romantik melodiyalar
🎻 İfaçılar: Virtuosos of Baku orkestri və saksafon
🕯️ Atmosfer: Şam işığında romantik axşam
Qaydalar
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
