Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Cakomo Puççini
“İl Tabarro”
Dirijor: Əyyub Quliyev — Əməkdar artist
İştirak edənlər:
Jorjetta: Fəridə Məmmədova — Əməkdar artist
Mikele: Anton Ferştandt — Əməkdar artist
Luici: Azər Zadə — Əməkdar artist
Fruqola: Aytac Şıxəlizadə
Vintitore (musiqiçi): Tural Ağasıyev — Əməkdar artist
Tinka: Əliəhməd İbrahimov — Əməkdar artist
Talpa: İqor Yadrov
İki sevgili:
Qız: Səma Həmzəyeva, Günel Hacıyeva
Oğlan: Hidayət Əliyev, Rəşad Həsənzadə
Operanın qısa məzmunu
Mikelenin barjı Parisdə - Sena çayında lövbər salmışdır. Mikelenin gənc arvadı Jorjetta artıq onu sevmir. Bu hadisə onların körpəsinin ölümündən sonra baş vermişdir. İndi o gizlicə Mikele üçün çalışan liman fəhləsi Luidjiyə vurulmuşdur. Mikele gecələr yatmağa gedəndə o kibrit yandıraraq Luidjiyə siqnal verir. Luidji onunla görüşmək üçün barjın göyərtəsinə qalxır.
Təsadüfən Mikele adəti üzrə olduğundan bir az tez qayıdır. O itirilmiş məhəbbəti haqqında acı-acı düşünür və qəlyan çəkmək üçün kibrit yandırır. Luidji səhvən bu siqnalın Jorjetta tərəfindən verildiyini güman edir və gizlicə barja daxil olur. Mikele Luidjinin gəlişinə təəcüblənir. O fəhləni öz məhəbbətini etiraf etməyə məcbur edir və sonra yavaşca onu boğaraq öldürür. Jorjetta Luidjinin gəlməməsindən narahat olaraq öz kayutundan çıxır. O ərini görür və ondan soruşur: “məgər sən bizim bir yerdə olmağımızı istəmirsən?” “Mənim plaşım altında?» - deyə Mikele soruşur. “Bəli”, - deyə qadın cavab verir: “Sən bir vaxt söyləmişdin ki, hamı plaş geyinir və plaş bəzən sevinci, bəzən isə kədəri ört-basdır edir”.
“Bəzən isə onun altında cinayət gizlənir”, - deyə Mikele qışqırır və Luidjinin cansız bədəni üzərinə sərilmiş plaşı götürür. Jorjetta qorxudan qışqırır. Mikele kəskin şəkildə onu tutur və ölmüş aşiqinin meyiti üzərinə itələyir.

8 ₼-dan
40 ₼-dan
10 ₼-dan
4 ₼-dan
3 ₼-dan
15 ₼-dan