Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının tələbələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.
Konsertdə gənc pianoçular Azərbaycan və xarici ölkə bəstəkarlarının müxtəlif üslub və dövrləri əhatə edən əsərlərini təqdim edəcəklər. Tədbirin proqramı klassik fortepiano musiqisinin zəngin ifadə imkanlarını, tələbələrin peşəkar ifaçılıq bacarıqlarını və musiqi sənətinə yaradıcı yanaşmalarını nümayiş etdirəcək.
Gecədə Ayşən Uğurluyeva, Züleyxa Bayramzadə, Afət Süleymanova, Fidan İbrahimova, Ayşə Məmmədova, Zümrüd Əlizadə, Əliheydər Aydın, Azərin Mustafazadə, Əli Adıgözəlov, Elçin Məmmədov, Nuranə Salamova, Fərid Hüseynov, Mehin Zalıyeva, Əli Vəliyev və Xəlil Mütəllibov çıxış edəcəklər.
Musiqisevərləri yüksək zövqlü fortepiano ifaları ilə zəngin olan bu konsert proqramında iştirak etməyə dəvət edirik.

60 ₼-dan
8 ₼-dan
8 ₼-dan
10 ₼-dan
50 ₼-dan
10 ₼-dan