“Qarabağ gecəsi” xeyriyyə konserti

Tədbir haqqında

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasında “Qarabağ gecəsi” adlı xeyriyyə konserti baş tutacaq.

Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simanə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Nurlana Abdullayeva, Cəlal Kərimov və digər incəsənət xadimləri ifa edəcəklər.

Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin konsept və dizaynının hazırlanmasına yönəldiləcək.

Konsertin sonunda rəsmi ziyafət təşkil olunacaq. Konsertin biletləri ilə yanaşı ziyafət üçün biletləri də iTicket.AZ saytından və ya qeyd olunan satış məntəqələrindən əldə edə bilərsiniz.

Məkan: Gəncə Dövlət Filarmoniyası

Tarix: 17 iyun

Saat: 16:00

Baş sponsor: “Veysəloğlu” Şirkətlər Qrupu

İnformasiya dəstəyi: "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti

QEYD: Bu tədbirə əldə edilən biletlər qaytarılmır və ya dəyişdirilmir.

Yaş məhdudiyyəti / Dil

6+
“Qarabağ gecəsi” xeyriyyə konserti “Qarabağ gecəsi” xeyriyyə konserti