Vivaldi: «Dörd fəsil» şamların sehrli işığında
27 noyabrda Beynəlxalq Muğam Mərkəzində Virtuosos of Baku orkestri Antonio Vivaldinin «Dörd fəsil» konsertlər silsiləsini təqdim edəcək. Barokko musiqisinin bu məşhur əsəri yüzlərlə şamların sehrli işığında səslənəcək.
Yazın ilk quş səslərindən yayın gurultulu fırtınasına, payızın şənliyindən qışın soyuğuna qədər hər fəslin öz hekayəsi var. Simli alətlərin canlı ifası Vivaldinin musiqisindəki bu mənzərələri canlandıracaq.
Sevdiklərinizlə birlikdə bu konserti şamların sehrli işığında dinləməyə dəvət edirik.
🎶 Proqram: Antonio Vivaldi — «Dörd fəsil»
🎻 İfaçılar: Virtuosos of Baku orkestri
🕯️ Atmosfer: Şamların sehrli işığı