Xəzər Süleymanlının növbəti poeziya gecəsi tamaşaçıları tamamilə yeni səhnə tərtibatı, fərqli bədii konsepsiya, yeni şeirlər və xüsusi hazırlanmış musiqi kompozisiyaları ilə qarşılayacaq.
Gecənin proqramında klassik poeziya nümunələri ilə yanaşı, müxtəlif dövrlərdə qələmə alınmış sevilən şeirlər də yer alacaq. Sözün, musiqinin, işığın və səhnə obrazlarının vəhdətində təqdim olunacaq bu kompozisiyalar poeziyanı yalnız dinlənilən deyil, həm də yaşanılan bir sənət təcrübəsinə çevirməyi hədəfləyir.