Əfsanəvi rok-hitlər. Şam nurunda video instalyasiyalı instrumental konsert. Ars Caspia Ensemble

Tədbir haqqında

22 may tarixində Bakıda, möhtəşəm gözəlliyi və tarixi ab-havası ilə seçilən Kamera və Orqan Musiqisi Zalında (Kirxa) bu baharın ən çox gözlənilən konsertlərindən biri - şam işığında video-instalyasiyalarla müşayiət olunan “Əfsanəvi rok-hitləri” konserti baş tutacaq.

Axşamın proqramında Queen, Muse, Metallica, Nirvana, Scorpions, AC/DC kimi dünya şöhrətli qrupların hitləri Ars Caspia Ensemble-nin parlaq simfonik ifasında səslənəcək! Ölkənin ən peşəkar musiqiçilərinin emosional və müəllif yanaşması ilə rok əfsanələrinin musiqi dünyasına qərq olun 🎻

Yüzlərlə titrəyən şam və qeyri-adi video-instalyasiyalar musiqiyə tam qərq olacağınız xüsusi bir atmosfer yaradacaq. Bu axşam sizə canlı ifada əfsanəvi rok hitləri, güclü emosiyalar və incə estetik zövq bəxş edəcək.

Konsertdən əvvəl qonaqlar şam işığında Kirxanın sehrli ab-havasından zövq ala, gözəl fotolar çəkdirə və şəhərin sürətli ritmində bir anlıq dayanaraq bu xüsusi anın dadını çıxara biləcəklər ✨

🎟️ Yer sayı məhduddur.

May ayının ən emosional musiqi axşamının bir parçası olmaq fürsətini qaçırmayın!

⏰ Başlama vaxtı: 20:30

📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41

Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.

Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.

Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.

🎶Ansambl - Ars Caspia Ensemble

Ars Caspia Ensemble  - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.

Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:

Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.

Nərgiz Hüseynzadə (ikinci skripka) - Respublika və Beynəlxalq müsabiqələr laureatı. Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.

Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar  artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.

Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.

Qasımov Zakir (bas-gitara) - 2017-ci ildə "Battle of the Bands" müsabiqəsinin qalibi, və 2019-cu ildə Almaniyada keçirilən Wacken festivalının iştirakçısıdır.

Ülviyyə Dadaşova (fortepiano) - respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın “Qızıl istedadlar kitabı”na yazılıb. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivalların solisti.

Arif İmanov (zərb alətləri) - peşəkar zərb alətləri ifaçısı, müəllim və studiya/sessiya musiqiçisidir. O, Avropa festivallarında və səhnələrində, həmçinin İstanbulda konsert proqramları ilə çıxış edib. O, 2025-ci ildə keçirilən “Avroviziya” müsabiqəsinin iştirakçısıdır.

Bu -  yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.

🎶Ars Caspia Conserts elanlarını izləyin, Bakının ən gözəl və cəlbedici yerlərində şam işığında video instalyasiyalarla möhtəşəm musiqi axşamlarını, multimediyalı konsertləri kəşf edin.

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Əfsanəvi rok-hitlər. Şam nurunda video instalyasiyalı instrumental konsert. Ars Caspia Ensemble Əfsanəvi rok-hitlər. Şam nurunda video instalyasiyalı instrumental konsert. Ars Caspia Ensemble

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan