Dünyaca məşhur kamança və bağlama ustası, dərin melodiyaların sənətkarı Mark Eliyahu 4 may 2025-ci ildə Bakıda olacaq.
Şərq və Qərb musiqilərinin mükəmməl sintezini yaradan melodiyaları ilə ruhunuzu fərqli diyarlara, səsli səyahətə aparan musiqiçi və bəstəkar Mark Eliyahu, 4 may 2025-ci ildə Heydər Əliyev Sarayında özəl bir performans təqdim edəcək. O, kamança və tar kimi ənənəvi alətləri müasir elementlərlə birləşdirərək unikallığı ilə diqqət mərkəzinə gələcək.