Messa da Requiem

Tədbir haqqında

C.Verdi  "MESSA DA REQUİEM"

 MESSA DA REQUİEM, Xocalı soyqırımı qurbanmarının xatirəsinə həsr olunur

İştirak edirlər:

Azərbaycan Respublikasının Əməkdar artistləri:

AFAQ  ABBASOVA  (soprano)
SƏBİNƏ ƏSƏDOVA (mezzo-soprano)
AZƏR ZADƏ (tenor)

SULTAN ABDURAHMANOV (bas, Özbəkistan)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri 

Dirijor 
Michelangelo Mazza (İtaliya)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivi

Xormeyster 
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi 
Sevil Hacıyeva

  "Rekviyem” dahi bəstəkar Cüzeppe Verdinin solistlər, xor və orkestr üçün əsəridir. Əsərin ideyası 1868-ci ildə bəstəkar Coakkino Rossini vəfat edərkən yaranıb. Verdi Rossininin vəfatının ildönümü üçün matəm messası bəstələnməsi məqsədilə italyan bəstəkarlara müraciət edir. Əsərin müxtəlif hissələrinin yazılması üzrə bəstəkarlar arasında püşkatma olur və Verdiyə əsərin sonuncu hissəsi – “Libera me” düşür. Əsər 1869-cu ildə hazır olsa da, ifa edilmir. Bir ildən sonra Verdi "Rekviyem"i bütünlüklə özünün yazacağını açıqlayır. Bu vaxt o, artıq 2 hissəni bəstələmişdi.

1873-cü ildə Verdinin gənclik illərindən rəğbət bəslədiyi, tanınmış yazıçı Alessandro Mandzoninin ölümü əsərin tamamlanmasına təkan verir. “Rekviyem” 1874-cü il mayın 22-də Mandzoninin vəfatının ildönümündə Milandakı Müqəddəs Mark kafedralında bəstəkarın öz dirijorluğu ilə təqdim olunur. Üç gün sonra isə əsər “La Skala” teatrında böyük uğurla ifa edilir.

  Texniki mürəkkəbliklərlə zəngin, çoxsaylı ifaçı tələb edən yeddi hissəli “Rekviyem” ilk gündən geniş auditoriya rəğbəti qazanıb.

Yaş məhdudiyyəti / Dil

6+
Messa da Requiem Messa da Requiem