Naz vokal ansamblı Show Gallery -də

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“NAZ” vokal ansamblı sizi unudulmaz musiqi axşamına dəvət edir…

Azərbaycanın milli və retro musiqi xəzinəsindən seçilmiş ən sevilən mahnılar bu konsert proqramında çoxsəsli vokal işləməsində, fortepiano müşayiəti ilə səslənəcək.

Nostalji ab-hava, zərif harmoniyalar və səhnənin canlı enerjisi sizi duyğularla dolu, yadda qalan bir axşama aparacaq.

Konsertdə çoxsəsli vokal nömrələri
Xanımanə Məmmədzadə, Firuzə Məmmədova, Əminə Hacıyeva, Sevil Əsədullayeva və Nigar Rüstəmovanın ifasında təqdim olunacaq.

“NAZ” vokal ansamblı – musiqinin zərifliyi, harmoniyanın gözəlliyi və canlı ifanın sehri ilə…

1-2 sıra 40 azn 
3-4 sıra 30 azn 
5-6 sıra 20 azn 

 

 

Yaş məhdudiyyəti / Dil

6+ / Multilingual
Naz vokal ansamblı Show Gallery -də Naz vokal ansamblı Show Gallery -də

Məkan yeri
Böyük Qala küçəsi