O olmasın, bu olsun

Tədbir haqqında

Üzeyir Hacıbəyli 
O OLMASIN, BU OLSUN 

Tamaşanın qısa məzmunu

I pərdə

Birinci şəkil. Gənc və gözəl Gülnaz Sərvəri sevir. Atası Rüstəm bəy isə borca düşdüyü üçün varlı, lakin qoca tacir Məşədi İbaddan bir az pul almaq məqsədi ilə öz gözəl qızını ona ərə vermək istəyir. Bu işə mane olmaq üşün Sərvərin öz tədbiri var. Ona görə də Gülnazdan narahat olmamağı, atasının istəyi ilə razılaşmağı xahiş edir. Rüstəm bəy fikrini qızına söyləyir, Gülnaz bilərəkdən bu təklifə razılaşsa da, onu qızı kimi istəyən qulluqçu Sənəm bu işə narazılıq edir.

Məşədi İbad qızı görmək üçün Rüstəm bəyin evinə gəlir. Gülnaz və qulluqçu Sənəm onu ələ salırlar. Şorgöz Məşədi İbad isə üstəlik Sənəmə də gözü düşdüyünü bildirir. Rüstəm bəy bu məsələni qeyd etmək üçün bir neçə nəfər dost-tanışı qonaq çağırdığını bildirir. Məclis qızışır, hamı sağlıq deyir, xanəndə oxuyur, lakin məclisin sonunda qonaqlardan intelligent Həsən Məşədi İbadı təhqir edir və məclis onların savaşı ilə başa çatır.

 

II pərdə 

İkinci şəkil. Rüstəm bəy qızı Gülnazı Məşədi İbada verməyinə peşimandır. Gülnaz və Sərvər isə bir-birlərini daha da çox sevirlər. Onlar həyətdə oturub bu barədə danışırlar. Bu vaxt Məşədi İbad qızı xəlvət görmək üçün Rüstəm bəyin evinə gəlir. Hasar hündür olduğundan ayağının altında yatmaq üçün bir hambal çağırır. Hasardan baxanda Sərvəri qızın yanında görür. Onların mübahisəsi düşür. Məşədi İbad qisas almaq üçün Qoçu Əsgər və onun adamlarını çağırır. Lakin əvvəldən düşünüldüyü kimi Sərvər və dosları fit çalaraq onları qorxuzub qovurlar.

Rüstəm bəy həyətə girərkən Sərvərlə rastlaşır və onu öldürməklə hədələyir. Sərvər isə öz qurduğu tədbiri Rüstəm bəyə danışır və onu bu işdə ona kömək etmək üçün razı salır.

Məşədi İbad pərişan halda düşdüyü vəziyyərdən şikayətlənir. Camaat onların başına yığılır. Tez bir zamanda qızın iki adaxlası olması haqqında şaiyə yayılır. Lotular bundan pul qazanmaq üçün istifadə edirlər və hərə bir cür fırıldaqla Məşədi İbaddan pul alıb ona kömək edəcəklərini bildirirlər. Axırda Rüstəm bəyi çağırıb onunla ciddi danışmağa qərar verirlər. Rüstəm bəy onlara Sərvərin qızın doğma dayısı olduğunu bildirir və toyun tezliklə keçirilməsinə razılaşır. Beləliklə, hamı Məşədi İbadı təbrik edir.

III pərdə

Üçüncü şəkil. Məşədini bəy hamamına aparırlar.  Hamamın soyunub-geyinən yerində hamamçı Məşədi Qəzənfər hamamını cənfəşanlıqla tərifləyir. Usta Məhərrəm onun sözünü təsdiqləyir. Camadarlar onlara qoşulub oxuyub rəqs edirlər. Bu vaxt Məşədi İbad və dostları hamamdan çıxırlar. Həsənqulu bəy, Həsən bəy, Rza bəy və Qoçu Əsgər isə əvvəlcə planlıaşdırdıqları kimi hamam pulu verməmək üçün hamamda dava salırlar, bir-biri ilə yersiz mübahisə edərək hamamçını günahlandırıb aradan çıxırlar. Məşədi İbad vəziyyəti başa düşüb hamam pulunu özü verir və hambalı onların dalınca göndərir. Onlar isə heç nə olmamış kimi gəlib bəyi hamamdan aparırlar.

Dördüncü şəkil. Məşədi İbadın evində toy məclisidir. Qoçu Əsgər toyu idarə edir. Qonaqlar rəqs edir, hambal meyxana deyib fırıldaqçı bəylərə sataşır. Həsənqulu bəy, Rza bəy, Həsən bəy rəqs edib əyləşəndən sonra, Qoçu Əsgər ortaya çıxıb öz rəqsini edir. Sonra Qoçu Əsgər  "gərək bəy öz toyunda oynasın ki, ucuzluq olsun" deyib Məşədi İbadı rəqsə dəvət edir. Rəqs bitdikdən sonra hamı gəlini gətirmək üçün gedir. Məşədi İbad tək qalıb özündən razı halda üst-başını düzəldir. Amma Məşədi İbad o cür tərbiyə almış qızın, onun evində necə yaşayacağından narahatdəır. Qərara gəlir ki, qız gələn kimi qapı pəncərələri bağlatdırıb beləliklə onu evə öyrəşdirəcək.

Bu zaman vağzalı səsi gəlir, Sərvəri gəlin paltarında qızların əhatəsində Məşədi İbadın evinə gətirirlər. Qızlar rəqs edib gedəndən sonra, Məşədi İbad kefi kök, oxuya-oxuya gəlinin yanında gəlir. Örtüyü qaldırarkən Gülnazın əvəzində Sərvəri əlində tapança görüb qorxusundan yıxılır. Sərvər Məşədi İbadı Gülnazı sevmədiyini, əvəzində qulluqçu Sənəmi almaq istədiyini yazmağa məcbur edir. Sərvər gedəndən sonra  Məşədi İbad onlardan "bu gəlini gətirəndə bir baxmadınız görək bu kişidir, yoxsa arvad?" deyə soruşur. Hamı "əlbəttə gəlin arvad olar" deyə cavab verir. Məşədi İbad isə "bu gəlin kişi çıxdı" deyib onlara hirslənir. Fırıldaqçı bəylər yenidən Məşədi İbada kömək eləmək üçün ondan pul istəyirlər. Məşədi İbad isə onları rədd edib, qulluqçu Sənəmi irəli çəkir və bu arvadın kəbininin ona kəsilməsini xahiş edir.

Beləliklə, hamı "o olmasın, bu olsun" deyib Məşədi İbadı təbrik edirlər.  

Dirijor: Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi

Rejissor: Hafiz Quliyev, Əməkdar incəsənət xadimi 

Solo tarda:  Elxan Mansurov, Əməkdar artist 

Xormeysterlər: Haşımova Zöhrə və Serderov Sevzixan
Mətni rus və azərbaycan dillərinə tərcümə etmək

İştirak edirlər:

Məşədi İbad: Azər Zeynalov, Xalq artisti 

Rüstəm bəy: Əkrəm Poladov, Xalq artisti

Gülnaz: Günel Hacıyeva

Sərvər: Fərid  Əliyev, Əməkdar artist

Sənəm:  Gülüstan Əliyeva, Əməkdar artist

Həsənqulu bəy:  Ələkbər Əliyev, Əməkdar artist

Rza bəy:  Tural Ağasıyev, Əməkdar artist

Həsən bəy:  Fəhmin  Əhmədli

Qoçu Əsgər:  Cahangir Qurbanov, Əməkdar artist 

Hambal:  Bəkirov  Xaliq

Məşədi Qəzənfər:  Sadiq  Məlikov

Balaoğlan:   Sadiq  Məlikov

Xanəndə: Təyyar Bayramov, 
Əməkdar artist

Yaş məhdudiyyəti / Dil

6+
O olmasın, bu olsun O olmasın, bu olsun