Новогодняя симфония

Tədbir haqqında

Dekabrın 29-da Heydər Əliyev Sarayında uşaqlarların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv musiqili "Yeni İl Simfoniyası" nağıl - tamaşası təqdim olunacaq.

Simfonik orkestrin müşaiyəti ilə baş tutacaq musiqili tamaşada uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət edəcəklər.

Görəsən nağıl qəhrəmanları Yeni ili xilas edə biləcəklərmi? Qəhrəmanların dostluğu yeni nağıl yaratmağa və bütün maneələrin aradan qaldırılmasına köməklik edəcəkmi?

Əziz uşaqlar Yeni ilin xilas edilməsində sizdə iştirak edin. Sizin köməyiniz qəhramanların yeni nağıl yaratmasına köməklik edəcək. 

Musiqili-nağıl ən populyar cizgi filmlərin motivləri əsasında hazırlanıb. Yeni il şənliyində Simfonik orkestrin müşaiyəti ilə müğənnilərin ifasında sevilən cizgi filmləri “Gözəl və Bədheybət”, “Soyuq ürək”, “Ələddin”, “Pinokkio”, “Mulan”, “Kral Şir”, “Su pərisi”, “Vinni Pux” və başqalarından musiqilər, həmçinin Ştraus və Çaykovskinin əsərlərindən klassik parçalar  səsləndiriləcək.

Cavad Tağızadənin dirijorluğu ilə keçiriləcək musiqili-nağılın rejissoru və ssenari müəllifi Aleksey Smirnovdu (Moskva).

Əziz valideynlər, uşaqlarınıza unudulmaz nağıl bəxş edin!

Saat 13:00 və 16:00-da başlayacaq musiqili-nağılın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. 

Yaş məhdudiyyəti / Dil

0+
Новогодняя симфония Новогодняя симфония